Xəbər Lenti
Bugün, 11:51
Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
Dün, 16:48
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
1-06-2025, 17:40
İmişli rayonunda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
1-06-2025, 10:33
Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1-06-2025, 10:31
"Cahan" Şirkətlər Qrupu 1 İyun Uşaqlar Günündə şəhid ailələrinin övladlarını unutmadı
07 Eyl 06:47Dünya
Çilidə güclü zəlzələdən sonra 80 minə yaxın sakin işıqsız qalıb
Çərşənbə günü axşam baş verən 6,2 maqnitudalı zəlzələdən sonra Kokimbo bölgəsinin 80 minə yaxın sakini işıqsız qalıb.
“Report” xəbər verir ki, bu barədə “La Tercera” qəzeti məlumat yayıb.
Bildirilib ki, ən çox Kokimbo şəhəri elektrik kəsilməsindən zərər çəkib, 48 575 istehlakçı elektriksiz qalıb. La-Serena şəhərində isə 30 738 sakinin elektrik enerjisi kəsilib.
Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 03:48) qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.