Menu
Xəbər Lenti
Cəlilabadda zəlzələ oldu
24-05-2026, 10:57

Cəlilabadda zəlzələ oldu

“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

14 Eyl 18:03Dünya

Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.
TASS xəbər verir ki, sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir. 
Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər. 
“ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, ABŞ-nin ölkədəki səfiri Linn Treysi məsələ ilə bağlı Rusiya XİN-ə çağırılıb və etiraz notası verilib.