Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

21 Eyl 05:00Dünya

Macarıstanda partlayış olub, ölən və xəsarət alanlar var

 

Macarıstanın Esterqom şəhərində həyəcan siqnalı ilə evə çağırılan polis əməkdaşı psixi problemli kişinin törətdiyi partlayış nəticəsində həlak olub.

"Report"un məlumatına görə, bu barədə polis idarəsindəki mənbələrə istinadən "M1" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs də ölüb. Partlayış zamanı habelə azı altı nəfər yaralanıb.

Polis hadisə yerində araşdırmaları davam etdirir və hələlik rəsmi açıqlama verməyib. İlkin məlumata görə, polisə partlayış törətməklə hədələyən yerli sakinlərdən birinin ya qohumları, ya da qonşuları zəng edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə gələndə həmin şəxs külli miqdarda benzini yerə tökərək qaz balonunu partladıb. Nəticədə yaxınlıqdakı insanlar müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.