Xəbər Lenti
Bugün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
25 Eyl 06:11Dünya
Kubanın ABŞ-dəki səfirliyinə hücum olub

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.
"Report" xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.
“Kubanın ABŞ-dəki səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.























































