Menu
Xəbər Lenti
Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:40

Yaşıd başdaşları...

28 Eyl 05:55Dünya

KXDR parlamenti yeni nazirləri və Mərkəzi Bankın sədrini təyin edib

 

Koreya Xalq Demokratik Respublikasında (KXDR) 14-cü Ali Xalq Məclisinin (AXM) 9-cu sessiyası zamanı bir neçə yeni nazir və ölkənin Mərkəzi Bankının yeni rəhbəri təyin edilib, həmçinin suvarma və əlillərin hüquqları ilə bağlı bir sıra qanunlar da qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sessiyanın gündəliyinə biri “təşkilati məsələ” olmaqla yeddi məsələ daxil edilib. An Gön Qın maşınqayırma sənayesi naziri, Li Sun Çul isə Tikintiyə Dövlət Nəzarəti Nazirliyinə rəhbər təyin edilib. Çon Çul Su torpağın mühafizəsi və ətraf mühit naziri, Kim Qvan Çjin tədarük və qida naziri olub. Pek Min Qvan isə Mərkəzi Bankın sədri təyin olunub.

Gündəliyə təşkilati məsələ ilə yanaşı, nüvə qüvvələri ilə bağlı konstitusiya dəyişiklikləri, əlillərin hüquqları, irriqasiya və işçilərin hüquqlarının təmin edilməsi haqqında qanun layihələrinin müzakirəsi də daxil edilib. Kosmik idarənin adının dəyişdirilməsi haqqında qərar qəbul edilib.