Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
Bugün, 10:01

“Sabah”ın oyunu var

Güclü külək əsir
Dün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

19 May 09:43Manşet / Sosial

Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu

traktoru-arxaya-vererken

Ucarda oğul anasını traktorla ehtiyatsızlıqdan vuraraq öldürüb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.

1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi ərazisindən keçən hissəsində də ölümlə nəticələnən qəza baş verib.

46 yaşlı kənd sakini Seymur Vaqif oğlu Səmədovu naməlum avtomobil vurub. Piyada hadisə yerində ölüb. Sürücü hadisə yerindən uzaqlaşıb.

Hər iki faktla bağlı araşdırma aparılır.