Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
06 Ara 17:32Dünya
Böyük Britaniyada ərzaq böhranı yaşanır
Böyük Britaniyada ərzaq böhranı yaşanır.
AZƏRTAC xəbər verir ki, Britaniyanın Milli Fermerlər Birliyi (NFU) ölkədə tədarük problemlərinə görə ərzaq böhranının yarandığı barədə xəbərdarlıq edib və hökuməti vəziyyətə müdaxilə etməyə çağırıb. Vurğulanıb ki, bir çox sahədə məhsuldarlıq 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb və tədarük problemləri vəziyyəti çətinləşdirəcək.
Böyük Britaniyada bəzi supermarketlər, fermerlərin artan xərclər səbəbindən istehsalı dayandırdıqları yumurta satışına kvota qoyub. Son quş qripi epidemiyası ilə vəziyyət daha da pisləşib.
Birliyin məlumatına görə, fermerlər artan yanacaq, gübrə və yem qiymətlərinin təzyiqi altındadır. Bu böhran daha çox məhsul növünə təsir göstərə bilər. Ukraynadakı müharibə və koronavirus pandemiyası ötən il ərzaq, enerji və yanacaq qiymətlərinin artmasına, həm istehlakçılara, həm də biznesə mənfi təsir edib.
Rəsmi rəqəmlərə görə, Britaniyada bazar qiymətləri son 45 ilin ən sürətli artımını yaşayır. Süd, pendir və yumurta kimi əsas ərzaq məhsullarının qiyməti artmaqda davam edir.
NFU-nun fikrincə, hökumət COVID-19 pandemiyasından bəri işlərini tərk etmək məcburiyyətində qalan fermerlərə daha çox dəstək göstərməlidir.