Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

14 Ara 02:42Dünya

Peru Ali Məhkəməsi Kastilyonun tələbini təmin etmədi

Peru Ali Məhkəməsi prezident vəzifəsindən uzaqlaşdırılmış Pedro Kastilyonun həbsdən azad edilməsi barədə ərizəsini təmin etməyib. Bu barədə Ali Məhkəmə özünün tviter səhifəsində məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Peru Konqresi Kastilyonu cinayət təqibi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib.

Onun prezident vəzifəsindən uzaqlaşdırılmasından sonra Peruda hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Növbədənkənar seçkilərin keçirilməsini tələb edən nümayişçilər yolları bağlayır, aeroportları zəbt edir, hökumət orqanlarına və strukturlarına, eləcə də KİV ofislərinə basqın edirlər. Etirazlar başlayandan bəri ikisi azyaşlı olmaqla azı 7 nəfər ölüb, qarşıdurmalarda 110-dan çox polis əməkdaşı yaralanıb. Prezident vəzifəsini tutmuş Dina Boluartenin sərəncamı ilə Apurimak, Arekipa və İka departamentlərində fövqəladə vəziyyət tətbiq edilib.

Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib. Daha sonra Kastilyo həbs edilib və qiyam təşkil etməkdə ittiham olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin