Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

18 Ara 15:31Dünya

İtaliyalı nazir: Enerji qiymətlərinin aşağı düşməsi qeyri-realdır

Mart ayına qədər enerji qiymətlərinin aşağı düşəcəyini gözləmək real deyil.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın iqtisadiyyat və maliyyə naziri Ciankarlo Ciorcetti deyib.

Nazir Ukrayna müharibəsinin tezliklə bitəcəyini və gələn ilin mart ayınadək enerji qiymətlərinin ucuzlaşacağını gözləməyin real olmadığını bildirib. O, İtaliya hökumətinin ev təsərrüfatlarını və müəssisələri enerji qiymətlərindəki artımdan qorumaq üçün mexanizm üzərində işlədiyini, bu mexanizmin gələn ilin yazında qüvvəyə minməsinin gözlənildiyini qeyd edib.

C.Ciorcetti deyib ki, dövlət vəsaitlərinin idarə olunması ilə bağlı daha diqqətli davranılmalı və real iqtisadiyyat üçün nəticələri qiymətləndirilməlidir.