Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

25 Ara 05:53Dünya

Yaponiya və Mərkəzi Asiya ölkələri mübahisələrin sülh yolu ilə həllini təşviq edəcəklər

Yaponiya və Mərkəzi Asiyanın beş ölkəsinin xarici işlər nazirləri bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmaq və mübahisələri sülh yolu ilə həll etmək barədə razılığa gəliblər.

AZƏRTAC Yaponiyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın xarici işlər naziri Yaşimasa Hayaşinin Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Türkmənistandan olan həmkarları ilə dekabrın 24-də Tokioda keçirilən görüşü zamanı əldə edilib.

Görüş iştirakçılarına müraciət edən Y.Hayaşi bildirib ki, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla əlaqədar beynəlxalq ictimaiyyət böyük problemlərlə qarşılaşıb. Nazir qeyd edib ki, Yaponiya ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq hazırda daha önəmli xarakter daşıyır. Mərkəzi Asiya ölkələri Yaponiyanın qanunun aliliyinə əsaslanan beynəlxalq qaydaların qorunması işində mühüm tərəfdaşlarıdır.

Görüşdə, həmçinin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və ədalətli, şəffaf maliyyələşdirilmənin davam etdirilməsi barədə də razılıq əldə olunub.

Diplomatlar Əfqanıstanda sülhün və tərəqqinin qorunması üçün birgə çalışmaq və digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.