Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

23 Ekm 16:58Siyasət

Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb

Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb

İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Trend xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İran prezidenti “3+3” formatında müzakirələrin regional konstruktiv əməkdaşlığın möhkəmlənməsinin mənbəyi olacağına ümid etdiyini bildirib.

“Dost, qardaş və qonşu Azərbaycanla münasibətlər səviyyəsinin yüksəlməsi İranın xarici siyasətinin prioritetlərindəndir. İran regionda önəmli ölkələrdən biri olaraq bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və məsələlərin dialoq yolu ilə həll edilməsini vurğulayır”, - deyə o, qeyd edib.

Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhum Bayramov da Azərbaycanın İranla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib:

"Regiondan kənar ölkələrin regiona ayaq açmasının qarşısını alınması ilə əlaqədar İranın mövqeyi Azərbaycanın təsdiqlədiyi və dəstəklədiyi məsələdir. Bu baxımdan Tehranda “3+3” formatında iclasın keçirilməsi faydalı, müsbət və konstruktiv qiymətləndirilir. Son aylarda iki ölkə arasında münasibətlər səviyyəsinin yüksəldilməsi istiqamətində önəmli irəliləyişlər əldə olunub".

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.