Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
12 Ock 17:26Dünya
Uqanda Ebola qızdırması epidemiyasının başa çatmasını elan edib
Uqanda hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola qızdırması epidemiyasının başa çatmasını elan ediblər. Bu xəstəlik ötən il sentyabrın 20-dən bu Afrika ölkəsini cənginə alaraq, 142 yoluxma və 55 ölüm hadisəsi ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, Uqandanın səhiyyə naziri Ceyn Rut Asenqin sözlərinə görə, ölkə epidemiyanın öhdəsindən müvəffəqiyyətlə gəlib. Bu virusa tutulmuş axırıncı pasiyent noyabrın 30-da evə buraxılıb və son 42 gün ərzində yeni yoluxma halları qeydə alınmayıb.
Hazırkı Ebola qızdırması epidemiyası səhiyyə orqanları üçün əsl sınağa çevrilib. Çünki bu, virusun Sudan ştamı olub və ona qarşı qəbul edilən heç bir vaksin mövcud deyil.
Britaniya Oksford Universiteti, Cenner İnstitutu, Amerikanın Sabina Vaksin İnstitutu və QİÇS əleyhinə vaksin üzrə beynəlxalq təşəbbüs tərəfindən işlənib hazırlanmış üçədək eksperimental vaksin dekabrdan bəri Uqandada testdən keçirilib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Uqanda hökumətini “Ebola qızdırması üzərində bu gün qələbə ilə nəticələnmiş əzmkar və hərtərəfli cavab” münasibətilə təbrik edib.
Uqandada Ebola qızdırmasının yeddi epidemiyası baş verib ki, bunlardan beşi Sudan ştamı ilə əlaqədar olub.
Epidemiyanın rəsmi şəkildə başa çatmasına baxmayaraq, ölkənin səhiyyə orqanları bəzən digər xəstəliklərlə qarışıq salınan ilk simptomlar əmələ gəldikdə testlər apararaq, vaksinlərin sınaqdan keçirilməsini və aktiv müşahidəni davam etdirirlər. Konqo Demokratik Respublikası, Keniya, Cənubi Sudan, Ruanda və Tanzaniya kimi qonşu ölkələr də öz sərhədlərində yüksək hazırlıq rejimindədirlər.