Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
24 Ock 02:57Dünya
Aleksandar Vuçiç: Avropa “bağçası” olaraq gördüyü Serbiyada prosesləri nəzarətdə saxlamağa çalışır
Almaniya və Fransa Serbiya-Kosovo gərginliyinə dair sülh təklifini qəbul etmədiyimiz təqdirdə, ölkəmizin Avropa İttifaqına üzvlük prosesinin dayanacağını, investisiyaların geri götürüləcəyini, eləcə də Serbiyaya iqtisadi və siyasi baxımdan zərər verəcək addımların atılacağı barədə bizə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində deyib.
A.Vuçiç bildirib ki, Almaniya və Fransanın Kosovo məsələsinə dair yeni sülh təklifi köhnədən çox da fərqlənmir: “Mövcud geosiyasi vəziyyət Qərb ölkələrinin Serbiyaya, Kosovo məsələsinə son dərəcə sərt münasibət göstərməsinə səbəb olur. Avropa “bağçası” olaraq gördüyü Qərbi Balkan regionunda və Serbiyada prosesləri nəzarət altında saxlamağa çalışır. Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etmədiyi üçün hər kəsin radarındadır”.
Serbiya Prezidenti ölkəsinin Avropanın istəklərinə zidd hərəkət edəcəyi təqdirdə, irəliləyə bilməyəcəyini də vurğulayıb.
“Ən pis həll yolu isə dondurulmuş münaqişədir. Bu, Kosovo serblərinin hər gün yaralanması və öldürülməsi ilə nəticələnə bilər”, - deyə A.Vuçiç qeyd edib.
Xatırladaq ki, ötən günlərdə A.Vuçiçin Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi, ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi, eləcə də Almaniya, Fransa və İtaliyanın yüksək səviyyəli nümayəndələri ilə görüşündə Serbiya-Kosovo gərginliyinin həllinə dair yeni konsepsiya təklif olunub. Serbiya Prezidenti bəyan edib ki, konsepsiyanı qəbul etməyə və təklif olunan sazişin həyata keçirilməsi üzərində işləməyə hazırdır.