Menu
Xəbər Lenti
Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

14 Şub 18:26Dünya

“Leopard” tanklarının ilk partiyası Ukraynaya martda çatdırılacaq

Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniya istehsalı olan “Leopard” tanklarının ilk partiyasının Ukraynaya mart ayında çatdırılacağını deyib.

AZƏRTAC xəbər verir ki, polşalı nazir bu barədə NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə açıqlamasında bildirib.

Polşanın Ukraynaya hərbi və humanitar yardımlar etdiyini deyən M.Blaşçak qeyd edib ki, eyni zamanda, Polşa ordusu gücləndirilir və müasir texnika ilə təchiz olunur.

Polşanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Blaşçak, “Leopard” tanklarının Ukraynaya çatdırılması ilə bağlı koalisiyaya yeni ölkələrin də qatılacağını diqqətə çatdırıb.