Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

19 Şub 05:35Dünya

Yeni Zelandiyada tropik siklon nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Yeni Zelandiyanın Şimal adasında “Qabriel” tropik siklonunun yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Zelandiya polisi radio efirində (Radio New Zealand National) söyləyib.

Daha əvvəl 9 nəfərin öldüyü bildirilmişdi.

Siklonun əsas zərbə vurduğu Yeni Zelandiyanın Şimal adasının bir sıra rayonlarında vəziyyət çətin olaraq qalır. Bütün orta məktəblər, uşaq bağçaları, ali təhsil müəssisələri bağlıdır. Magistral yolların bir hissəsi sürüşmə nəticəsində dağılıb.

Daşqınlar səbəbindən bəzi ucqar yerlər təchizat xətlərindən ayrı düşüb. Həmin yerlərə ərzaq, içməli su və zəruri mallar ölkənin silahlı qüvvələrinin helikopterləri vasitəsilə çatdırılır.