Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 Şub 02:49Dünya

AFAD: Türkiyədə dağıdıcı zəlzələdən sonra 6 mindən çox afterşok qeydə alınıb

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mindən çox yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması baş direktoru Orxan Tatar bildirib.

"Fevralın 6-dan sonrakı təkanların sayı 6 min 40-ı ötüb. Normal vaxtlarda bu, Türkiyədə dörd ayda qeydə alınan zəlzələlərin sayıdır", - deyə baş direktor deyib.

Onun sözlərinə görə, afterşoklardan birinin maqnitudası 6,6, 40-a yaxınının maqnitudası 5-6 bal arasında dəyişib, daha 436-sı 4-5 bal gücündə olub.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Son məlumatlara görə, Türkiyədə faciə nəticəsində ölənlərin sayı 41 min 20-yə çatıb, 105 mindən çox binaya ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olun