Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

27 Kas 08:51Manşet / Cəmiyyət

Kürdəmirdə məktəblər qızılca xəstəliyinə görə bağlanıb? - AÇIQLAMA

 

Kürdəmirdə məktəblərdə şagirdlər arasında qızılca xəstəliyinə kütləvi yoluxma ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib.

Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, ötən günlərdə sosial media hesablarında qurumun tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayımlanıb:

“Bildiririk ki, qızılca xəstəliyinə yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb.

Sözügedən məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, doqquz şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”.

Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə edilib.