Menu
Xəbər Lenti
Generala ağır itki
Dün, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

09 Eyl 17:40Manşet / Gündəm / Sosial

QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib

  Yeni dərs ili ərəfəsində İmişli rayonunda aztəminatlı ailələrə göstərilən sosial dəstək davam etdirilib. Sentyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin dəstəyi ilə 70 aztəminatlı ailənin övladlarına məktəbli geyimləri və məktəb ləvazimatları təqdim olunub.
Yardımlar ailələrin ünvanlarına çatdırılıb. Görüş zamanı İcra Hakimiyyətinin məsul şəxsi Məhəmmədəli Sarıyev və İctimai Birliyin sədri Yasəmən Qəyyumlu ailələrin sosial qayğıları ilə maraqlanıb, onların müraciət və ehtiyaclarını dinləyiblər.
Aztəminatlı ailələrə göstərilən bu cür diqqət uşaqların yeni dərs ilinə daha yaxşı hazırlıqla başlamasına mühüm töhfə verir. Görüş zamanı çıxış edən hər kəs uşaqlara yeni tədris ilində uğurlar, yüksək nəticələr və bol nailiyyətlər arzulayıb.
Bu təşəbbüs bir daha cəmiyyətin həssas təbəqələrinə göstərilən diqqət və qayğının, xüsusilə də uşaqların təhsil imkanlarının dəstəklənməsinin vacibliyini nümayiş etdirir.


Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi
Fərid Səfərov
Birliyin mətbuat katibi