Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 May 11:38Gündəm / Siyasət

157 uşağı gülləbaran edən Azərbaycan deyil, Fransadır!

Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı diktatura ölkəsi adlandırıb. Bəli, düz eşitdiniz: Parisdən 27 saatlıq hava yolu məsafəsində yerləşən Yeni Kaledoniyada insanların haqq səsini boğmaq üçün öz xüsusi təyinatlılarının ən az üçdə birini bu adaya ezam edən qurumun şefi Azərbaycanı diktatura ölkəsi adlandırıb.

Və adlandırması qalsın bir yana, hələ açıqlamanın əvvəlinə (mübtəda qrafasına) “erməni qətliamı törədənlər”, “Yeni Kaledoniyadakı hadisələrin təşviqatçısı” kimi absurd dekorlar pərçimləməyi də unutmayıb.

Heyhat! Gedib 13 min kilometr uzaqlıqda, Sakit Okeanın tən ortasında hasarlar salasan, saxta referendum keçirəsən, hər ağlasığmaz cinayəti törədəsən, bir millətin genosidinə hədəflənəsən və… axırda da öz abırına kor olmaq əvəzinə utanmadan-qızarmadan hər şeydə Azərbaycanı ittiham edəsən…

Odur ki, gecikmədən Darmanenin “bəy tərifi”nə keçək.

Əvvəla: Biz tarixin heç bir dönəmində fitnə, qan və təxribat təşviqatçısı olmamışıq. Çünki belə “qara işlər” sizin kurasiyanızdadır, cənab nazir! Azərbaycan sadəcə beynəlxalq hüquq və diplomatik protokol çərçivəsində günahsız Kanak xalqına, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən, iztirablar içində boğulan, yaşamaq uğrunda mübarizə aparan insanlara öz mənəvi dəstəyini göstərib. Vəssalam!

İkincisi. Hətta bu cür düşünmən belə ayıbdır! Söylədiklərin absurd və yalana, iftira və həqarətə söykənsə belə, onları dilə gətirmək rəzillikdir! Və ya: əgər tabeliyində olan müstəmləkəyə ixtiyari dövlətin əli səndən daha çox çatırsa, o zaman kimi gözləyirsən? Get özünü as! Ya da gir yerin ən uzaq dibinə ki, görən olmasın.  

Üçüncüsü: Diktator sənsən, sənin rəhbərindir, sənə bu sözləri dedirdəndir. Hər halda belə olmasaydı, hüquqi mövzular haqda danışman gərəkən yerdə oturub “ciddi-ciddi” siyasi şərhlər verməzdin, başındakı “demokl”un, “gilyotin”in bircə baxışı ilə Azərbaycanı hədəfə almazdın, özünə, təyinatına aid işlərlə gündəmə gələrdin.

Dördüncüsü: Azərbaycana “qatil” deyib keçmisən. Hərgah, çox yox, 45 dərəcəlik bucaq altında geri dönsən və yarımca əsrlik keçmişə nəzər salsan anındaca gün kimi aydın olan reallıqla baş-başa qalacaqsan. Ki, əsl qatil kimdir! Yadına düşəcək ki, Əlcəzairdə 5 milyon mina basdıran, 17 nüvə sınağı keçirən, 1 milyon yarım əhalini qətl edən, “Kasablanka” döyüşündə 5 min  mərakeşlini diri-diri yandıran, 1961-də 7 min tunislini qanına qəltan edən, Ruandada 800 min(!) tutsinin ölümündə birbaşa iştirakçı olan, Vyetnamda 157 uşağı günün-günorta çağı gülləbaran edən ölkə Azərbaycan deyil, Fransadır! Xatırlayacaqsan ki, Rusiya-Ukrayna münaqişəsinin bu masştaba qədər irəliləməsində, Qəzzadakı alovun sönməməsində, Gürcüstanın qarışmasında, erməni revanşistlərin müharibə ruhu ilə qidalanmasında ən böyük günahkar və səbəbkar mənsub olduğun dövlətdir!  Ağlına vuracaq ki, ora-bura silah daşıyan, bölgədə və dünyada sülhü əngəlləyən, yeni qurbanların, itkilərin, ölümlərin var olması üçün dəridən-qabıqdan çıxan riyakarı uzaqda deyil, elə burnunun tən ucunda, bircə addımlıqda axtarmaq lazımdır…  

Nəhayət, beşincisi…Darmanensən, “darmayed”sən, nəsən, bilmirəm, amma sənə şiddətlə tövsiyyə edirəm ki, özünü yığışdırasan.  

Çünki biz ağzının qatığını dağıdanları ya ağız üzünə həsrət qoyuruq, ya da qatıq….

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.