Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

09 Ağu 14:02Manşet / Siyasət

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər.
Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər”.

Komandamızın artıq birinci qızıl medalı qazandığını diqqətə çatdıran Prezidenti İlham Əliyev bu münasibətlə komandanı təbrik edərək bildirib: “Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”.