Xəbər Lenti
Prezident sərəncam imzaladı
29-07-2021, 15:29

Prezident sərəncam imzaladı

Yoluxanların sayı artdı
27-07-2021, 15:33

Yoluxanların sayı artdı

19 iyl 10:16Gündəm / Siyasət

“İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır” - Prezident

“Bu gün biz cənab Prezidentlə bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub”.
Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
İ.Əliyev bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var:
“Beləliklə, bu məsələ, eləcə də, regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.
Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu.
Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq”.