Menu
Xəbər Lenti
Növbəti qələbəmiz
Bugün, 19:38

Növbəti qələbəmiz

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

26 Ara 03:05İdman

İtaliya yığmasının sabiq müdafiəçisi yenidən “Cenoa”ya qayıdıb

İtaliya yığmasının sabiq müdafiəçisi Domeniko Krişito yenidən “Cenoa” klubuna qayıdıb.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı futbolçu bu ilin iyulunda məhz “Cenoa”dan ayrılaraq “Toronto” ilə müqavilə bağlamışdı. Ötən ay MLS təmsilçisi ilə sövdələşməsinə xitam verən futbolçunun karyerasını bitirməyə hazırlaşdığı iddia edilsə də, Domeniko bunu təkzib etmişdi. Artıq “Cenoa” ilə məşqlərə başlayan təcrübəli oyunçu, bu klubun yenidən A Seriyasına qayıtmasına kömək etmək istəyir.

Krişito “Cenoa”nın yetirməsidir. O, “Yuventus” və “Zenit”də də oynayıb, İtaliya yığmasında isə 26 oyun keçirib.