Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

02 Ock 06:11İdman

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Everton” klubunda çıxış edən futbolçu “Reyncers”in (Şotlandiya) maraq dairəsinə düşüb.

A.Beqoviç Liverpul təmsilçisində ehtiyat oyunçular skamyasında oturmaqla kifayətləndiyi üçün bu transferin tərəfdarıdır. Çünki Qlazqo təmsilçisi ona əsas heyətdə oynamaq təminatı verib.

Qeyd edək ki, qapıçı 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirib.