Menu
Xəbər Lenti
“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

27 Ara 22:31Hadisə

Yaşayış binasında baş verən partlayışda həlak olan polis işçisidir

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayışın baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

17.24

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Cavadxan küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə, ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata görə, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

16.28

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış olub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.