Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

08 Ock 08:08Manşet / Kriminal

Təbiətə 15 min manatlıq ziyan vuran şəxsin cəzası azaldıldı

 

Ali Məhkəmədə qanunsuz ağac kəsmədə təqsirləndirilən Qasım Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmünə görə, məhkum Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib təyin edilmiş 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 3 il müddətinə endirilib və ona 2  il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

İttihama görə, Qasım Məmmədov 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolu ağac və kollardan təmizlətdirib. O bu məqsədlə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək ağacları kəsdirib, o cümlədən böyürtkən kollarını kökündən çıxartdırıb.

Beləliklə, Qasım Məmmədov ümumilikdə təbiətə küllü miqdarda, yəni 14 910 manat məbləğində maddi ziyan vurub.