Menu
Xəbər Lenti
12 Ock 09:50Manşet / Gündəm / Sosial

Şəhid Tural Eyyubov toy günü Azərbaycan bayrağına sarılaraq zala daxil olub- FOTO\VİDEO

 

Daima şəhid ailələrinin yanında olan, vətənpərvər xanım, ATU-nun bioloji kimya kafedrasının baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru Firəngiz Quliyeva leytenant şəhid Tural Eyyubovun ailəsini ziyarət etdi. 

 
Şəhidimizi tanıyaq: 

Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ilin iyulundan Eyyubovlar ailəsi Rusiyaya köçüb. Tural 1998-2005-ci illərdə Rusiyada təhsil alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib, dərs əlaçısı idi. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində ali təhsil alıb. Ailəli idi. Tural Eyyubov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və leytenant hərbi rütbəsi alıb. Turalı hamı vətənpərvər gənc kimi tanıyırdı. O bunu öz davranışları ilə sübut etmişdi. Tural həyatının ən əziz və məsuliyyətli günündə - ailə həyatı qurarkən toyunda Azərbaycan bayrağına sarılmışdı. Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı leytenant Tural Eyyubov şəxsi igidlik göstərib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Eyyubov oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid leytenant Kürdəmir rayonunda dəfn edilib. Toyunda Azərbaycan bayrağına sarılan şəhd leytenant əbədi dünyaya da dövlət bayrağına sarılmış halda köç etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyyubov Tural Yadulla oğlunu  ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


ATU-nun  bioloji kimya kafedrasının baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru Firəngiz Quliyev ailənin ziyarətində olan təssüratlarını bizimlə bölüşdü:                              
 
- Bu gün biz şəhidlik zirvəsinin ali sakini olan leytenant Tural Eyyubovun ailəsinin qonağıyıq. Leytenant Eyyubov zabit andına sadiq qalaraq döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.  Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Ermənistan ordusunun  


təxribatlarına cavab olaraq 44 gün davam edən savaşda Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı. 8 noyabr tarixə Zəfər Günü kimi yazıldı. Münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. 



Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq, onaları bizlərə yetişdirərək bəxş edən valdeynlərini ziyarət edək, şəhidləri unudulmağa qoymayaq. Peşəsindən, yaşından aslı olmayaraq hər kəsin borcudur ki, şəhid qapılarından içəri girsin, onların ev muzeyi ilə tanış olub, keçdikləri şərəfli döyüş yolundan böyüməkdə olan nəslə, bir sözlə hamıya danışsın, hər kəsə onları tanıtsın. Mənim nə qədər həyatım var həmişə şəhid analarını, şəhid övladlarını, şəhid doğmalarını ziyarət edəcəm.             

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! 



 
Şəhid leytenant Tural Eyyubovun nur üzlü anasının dedikləri:   

                                                   
- Çox düşüncəli, geniş zəkaya malik olan bir övlad idi, Tural, biz hər bir işi onunla məsləhətləşərdik. Bütün işlərimizi, evi o idarə ediridi. Hərbi sahəsini o qədər sevirdi ki, həqiqi hərbi xidmətdən sonra tam qərar verdi ki, hərbiçi olub, vətənimin keşiyində dayanacam. Çox vətənpərvər oğlan idi, o orta məktəbin bir neçə sinifini Rusyada oxumuşdu, amma ürəyi vətəni ilə döyünürdü. Tural öz toy günü Azərbaycan bayrağına sarılaraq zala daxil olmuşdu.                                                  
Daima gözəl ölümdən danışaraq deyirdi ki, “Ana hamı bir gün öləcək, ölənin dalınca ağlamazlar, bu gün onun sözlərinə görə səbirliyəm...                                                              
“Ana uşaqlar orda şəhid olur mənim vicdanım narahatdır...” bu sözləri Vətən müharibəsi başlanan gündən Tural sakit səkildə deyirdi. Və məndə cavabında deyirdim ki, İnşallah müharibə tez qutarar, şəhidlərimizdə az olar. İananın bizi yaradana ona gələn çağrış vərəqəsini səbirsizliklə gözləyirdi, yaxın günlərdə  dünyaya gələcəyi övladını düşünmədən öncə Vətən deyib döyüşlərə qatıldı. Təlimlərdə az oldu, deyib ki, “mən buraları yaxşı tanıyıram, silah verin döyüşə gedim”. Beylaqanda N saylı hərbi hissədə xidmət etmişdir, sərhədləri, o zonanın hər bir daşın, yamacın tanıyırdı. Müharibədə iştirak etmək hərbiçi arzu idi, istəyirdi ki, qalibiyyət tarixində onunda öz dəsti-xətti olsun. Şəhidlərimiz ən uca zirvədə, ən uca məqamdadılar, hər birimizin qürur yerimizdir.


44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. 


Vətənpərvər xanım Firəngiz Quliyevanın leytenant şəhidi Tural Eyyubov ailəsini ziyarətinin video rolikini sizə təqdim edirik. 



Qəhrəmanlarımızı Unutmayaq ki, Unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az