Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

13 Ock 09:23Manşet / Siyasət

Prezident yeni nazir müavini TƏYİN ETDİ

 

Azərbaycanın müdafiə sənayesi nazirinə müavin təyin edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncamı imzalayıb. 

Sərəncama əsasən, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinə müavin təyin olunub.

Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib.

2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.