Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
"Xezertv.info" xəbər verir ki, AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi, şura üzvləri və digər əməkdaşlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
İclası İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq Botanika İnstitutunun yeni binasında keçirilən ilk Elmi şura iclasını tarixi hadisə kimi qiymətləndirib və kollektivə uğurlu fəaliyyət arzulayıb.
Professor gündəlikdə yer alan digər məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S.İbadullayeva Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovu professor elmi adı alması münasibətilə təbrik edib, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edib.
İclasda İnstitutunun şöbə və laboratoriyalarının 2024-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müzakirə olunub. Məruzəçilər tematik plana uyğun olaraq aparılan elmi-tədqiqat, elmi-təşkilati fəaliyyət, beynəlxalq konfrans və seminarlarda iştirak, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr və s. ilə bağlı məlumat verib. Daha sonra gündəlikdən irəli gələn digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda professor S.İbadullayeva iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.































































