Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

26 Ekm 18:04Manşet / Siyasət

Azərbaycan Prezidentinin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

Azərbaycan Prezidentinin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

24 oktyabr 2022 ci ildə Azərbaycan Prezidentinin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.
Azərbaycan və Gürcüstan dövlətlərini mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu əlaqələr ötən illər ərzində dinamik şəkildə inkişaf etmiş, ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşmışdır.
1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə, Azərbaycanın Gürcüstanda səfirliyi isə 1996-cı ildə fəaliyyətə başlayıb.
Dünyada baş verənlərin fonunda etibarlı tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür. Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla inkişaf etdirir. Respublikamızın qısa müstəqillik tarixində qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb.
Dövlət başçısı cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, Cənub Qaz Dəhlizinin reallaşması iqtisadi və siyasi imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan dövləti qitə dövlətləri üçün etibarlı tərəfdaş olması daim qeyd olunur. Prezident cənab İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli layihədir.
Dövlətlərimiz arasında olan əlaqələr müasir dövrdə regionun inkişafı və əbədi sabitliyi üçün də mühüm önəm kəsb edir. Prezidentin Gürcüstana səfəri çərçivəsində səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz çıxışında bəyan etdi ki, iki ölkənin strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir.
Gürcüstan-Azərbaycan əməkdaşlığının genişlənməsinə xidmət edəcək layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq.
Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Beləliklə, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Səfər çərçivəsində qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Eyni zamanda bəyan edildi ki, bununla bağlı gələcək müzakirələrə ehtiyac var. Bundan başqa məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.