Menu
Xəbər Lenti
19 Ara 06:34Mədəniyyət

Məşhur türkiyəli müğənni Gökhan Özen infarkt keçirdi - FOTO

Məşhur türkiyəli müğənni Gökhan Özen infarkt keçirib.

43 yaşlı müğənni bununla bağlı “Instagram” hesabında paylaşım edib.

2000-ci illərə “Aramazsan arama” mahnısı ilə damğasını vuran və uzun müddətdir Los-Ancelesdə yaşayan Gökhan Özen infarkt keçirdiyini açıqlayıb.

“Dünən gecə yarısı Los-Ancelesdəki evimdə infarkt keçirdim. Bir müddət xəstəxanada nəzarət altında qaldıqdan sonra evə buraxıldım. Belə bir xəbəri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər də var, pis günlər də var.

Bundan sonra müayinələrə davam etməyi və stresdən uzaq, olduqca sakit bir həyat yaşamağı planlaşdırıram. Allaha əmanət olun”, - deyə o, paylaşımında qeyd edib.