Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

22 Ara 02:55Dünya

Bayden Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayrıldığını açıqlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

USAID-nin məlumatında bildirilir ki, vəsait münaqişə nəticəsində Ukraynanın ən çox zərər çəkmiş sakinlərinə, eləcə də köçkünlərə kömək üçün istifadə olunacaq. Bu vəsait 1,5 milyondan çox insana ərzaq və pul yardımı göstərməyə kömək edəcək. Maliyyələşdirmə, həmçinin tibbi xidmətə, içməli su əldə edilməsinə, qışa hazırlıq və evlərin təmirinə yönəldiləcək.

Beynəlxalq İnkişaf Agentliyinin məlumatına görə, Rusiya Federasiyasının Ukraynada başladığı xüsusi hərbi əməliyyatdan sonra ABŞ hakimiyyəti Ukrayna sakinlərinə və ukraynalı qaçqınlara humanitar yardım üçün 1,9 milyard dollardan çox vəsait ayırıb.