Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

22 Ock 21:00Cəmiyyət

AQTİ Naxçıvanda fəaliyyət göstərəcək laboratoriya üçün vakant vəzifələr üzrə müsabiqə elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək AQTİ laboratoriyasına entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var.

Müvafiq ixtisasa sahib, Naxçıvan MR-da yaşayan, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əməkhaqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini mövzu yerinə "AQTİ – Naxçıvan" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilib müsahibəyə dəvət olunacaqlar.