Xəbər Lenti
13 dek 19:54Gündəm / İqtisadiyyat

Neft qiymətləri bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 78,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,88 dollar bahalaşaraq 74,05 dollar olub.