Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
21 Ara 23:19İqtisadiyyat
® Azercell 25 tələbəyə təqaüd ayırdı
Lider operatorun növbəti “Tələbə Təqaüdü” Proqramının nəticələri açıqlandı
“Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi “Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib. Proqrama 1100-dən çox müraciət daxil olub. Mərhələli seçim prosesinin sonunda 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilib.
“Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edirlər.
“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verir, onları inkişaf etməyə, bilik və bacarıqlarını üzə çıxarmağa yardım edir. Şirkət bu istiqamətdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində oxuyan tələbələri təhsilə, yeni texnologiyaların öyrənilməsinə həvəsləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir.