Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

12 Mrt 13:45Manşet / Cəmiyyət

"Azercell”dən çağırış: Bu zənglərə cavab verməyin!

"Azercell”dən çağırış: Bu zənglərə cavab verməyin!

Azercell Telekom MMC abunəçilərini Vatsap tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən “Azercell” mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Bu sözlər "Azercell”in yaydığı açıqlamada qeyd olunub.

“Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin “Azercell”ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün “Azercell” mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir.

Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.