Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
11 Ara 06:47İqtisadiyyat
® “Azercell” müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb
Lider mobil operator ölkənin müxtəlif regionlarında 57 yeni baza stansiyasını quraşdırıb
Cari ilin avqust ayında şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə genişmiqyaslı layihəyə start verən “Azercell” bu istiqamətdə aparılan işləri davam etdirir.
Layihənin növbəti mərhələsini uğurla başa vuran şirkət Bakı və Abşeron ərazisində 38, bölgələrdə isə 19 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 900-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan baza stansiyalar Göyçay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki, Şabran və Qəbələ zonalarını əhatə edib. Görülən tədbirlərin və şəbəkə tutumunun artması nəticəsində cari ilin üçüncü kvartalında ötən ilin müvafiq dövrü ilə müqayisədə internet trafikinin həcmi 30 faiz artıb.
İşğaldan azad olunmuş torpaqlarda da keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini prioritet hesab edən “Azercell” bu ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Hazırda Qarabağda “Azercell”in 90-dan çox baza stansiyası fəaliyyət göstərir və “Azercell” şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.
Paralel olaraq, “Azercell” Qarabağda ətraf mühitin qorunması məqsədilə “yaşıl” texnologiyaların tətbiqinə davam edir və 2023-cü ilin sonunadək bu ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır. “Yaşıl” stansiyalardan ikisi artıq Qubadlı və Cəbrayılda istifadəyə verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır