İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
Rusiya Ukraynadakı fransız hərbi təlimçiləri “qanuni hədəf” hesab edir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevin Ukrayna qoşunlara dəstək verməsi üçün Fransadan təlimçilərin gəlməsinə icazə verməsinə reaksiya bildirib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Lavrov Konqo xarici işlər naziri Jan Klod Qakosso ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynadakı fransız hərbi təlimatçıların “qanuni hədəf” olacağını deyib.
“Fransız təlimatçılara gəlincə, düşünürəm ki, onlar artıq Ukrayna ərazisindədirlər. Statusundan asılı olmayaraq, hərbi məmurlar və ya muzdlular silahlı qüvvələrimiz üçün qanuni hədəfdir”, - xarici işlər naziri vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov da eyni fikirləri bölüşüb: “Kiyev rejiminin qoşunlarına təlim keçən təlimatçıların heç bir toxunulmazlığı yoxdur və onların fransız olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.
Fransa Prezidenti Emmanuel Makronun Ofisi Lavrov və Peskovun sözlərini şərh etməyəcəyini bildirib.