Xəbər Lenti
29-06-2025, 09:13
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
28-06-2025, 13:46
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
28-06-2025, 13:31
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
28-06-2025, 10:58
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
27-06-2025, 17:46
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
27-06-2025, 09:17
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
09 Ara 16:02Cəmiyyət
Bir qrup əlilliyi olan şəxs Türkiyəyə təcrübə kursuna yola salınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 6 nəfər əlilliyi olan şəxs Türkiyənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərinə təcrübə kursuna yola salınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələridir və 1 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir.
Qardaş ölkəyə göndərilən Vətən müharibəsi əlilləri 2 ay Türkiyədə “Əngəlsiz gülümsə”, “Əngəllilərə könüllü dəstək” və “Əngəlsiz həyat” adlı beynəlxalq layihələrdə iştirak edəcək, həmçinin peşə dərnəklərində təcrübə kurslarına cəlb olunacaq, mərkəzdə öyrəndikləri peşələrə uyğun biliklərini artıracaqlar.
Avropa Həmrəylik Korpusu Proqramı üzrə və agentliklə “Sağlam Düşüncə” Gənclər Təşkilatının əməkdaşlığı çərçivəsində icra olunan layihə Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri ilə Türkiyənin müvafiq peşə dərnəkləri müdavimlərinin təcrübə mübadiləsini nəzərdə tutur.
Ötən dövrdə mərkəzin 87 yetirməsi həmin təcrübə mübadiləsi proqramında iştirak edib. Onlardan 6-sı Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin