Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

03 Mrt 14:23Manşet / Cəmiyyət

Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 4-ü gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 4-də cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, martın 5-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə martın 3-dən 4-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı, sabah bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, martın 5-də yağıntının tədricən kəsiləcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.