Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

28 Ağu 16:38Hadisə

Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ




Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.