Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

15 Ara 06:37Cəmiyyət

Məktəblilərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında məlumat verilir

Ölkəmizin bir sıra orta təhsil müəssisələrində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında yayım sessiyaları aparılır.

Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, fəaliyyəti haqqında məlumat vermək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə tanıtmaqdır.

Sessiyalar zamanı könüllülər şagirdlərə hərəkatın tarixi, əsas prinsipləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranışı, keçdiyi yol, gördüyü işlər barədə ətraflı məlumat verilir, şagirdlər üçün interaktiv məşğələlər təşkil edilir.

Bu ilin noyabrında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən Sumqayıt şəhərinin 7 və 24 nömrəli məktəblərində, Tərtər rayonunun 2, 3, 6 nömrəli və Şıxarx qəsəbə məktəbində, Ağdam rayonunun Əhmədağalı, Bənövşələr, Xındırıstan, Füzuli rayonunun Araz Zərgər və Araz Dilağarda, Qazax rayonunun Quşçu Ayrımı, Çaylı, Daş Salahlı, Bərdə rayonunun Saatlı, Hacalı, Güloğlular, Qaradəmirçi, Cəbrayıl rayonunun Çərəkən və Mehdili kənd məktəblərində ümumilikdə 24 yayım sessiyası həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin