Menu
Xəbər Lenti
23 Ock 13:55Manşet / Gündəm / Dünya

Ukrayna kütləvi raket hücumuna məruz qaldı: Ölənlər və yaralananlar var

 

Ukrayna Rusiya tərəfindən kütləvi raket hücumuna məruz qalıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bəyanat yayıb.

Hücum nəticəsində beş nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.

“Xilasedicilər zədələnmiş binalara baxış keçirir, dağıntıları təmizləyirlər. Hadisə yerlərində psixoloqlar işləyirlər. Polis müstəntiqləri cinayətləri dəqiqliklə qeydə alır”, - deyə İqor Klimenko bildirib.

Məlumata görə, Kiyevdə raket zərbəsi nəticəsində Svyatoşinski, Solomenski və Peçorski rayonlarında bir neçə yanğın baş verib. Bir nəfər həlak olub, dinc sakinlər yaralanıblar. İki çoxmərtəbəli binaya, şəxsi evə və avtomobillərə ziyan dəyib.

Buçanski rayonunda iki çoxmərtəbəli binaya, fərdi yaşayış evinə, yardımçı tikililərə və avtomobillərə ziyan dəyib. Üç nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində Pavloqrad şəhərinə hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Xarkovda raket iki çoxmərtəbəli binaya düşüb. İlkin məlumatlara görə, üç nəfər ölüb, daha 30-a yaxın insan yaralanıb.

Mənbə: RBC-Ukrayna