Xəbər Lenti
Dün, 19:10
Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik
Dün, 19:08
Azərbaycan Prezidenti: Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik
Dün, 19:05
Prezident Klaus Yohannisin Azərbaycana səfəri Rumıniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Dün, 19:01
Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib
Dün, 07:05
Prezident İlham Əliyevin və Prezident Klaus Yohannisin geniş tərkibdə görüşü olub YENİLƏNİB
2-02-2023, 21:31
Halvanın tərkibində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb
2-02-2023, 21:29
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb
2-02-2023, 20:42
Prezident İlham Əliyev: Rumıniya və Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq əsasında inkişaf etdirilir
2-02-2023, 06:58
Səfir: Laçın yolunda ermənilərin iddia etdiyinin əksinə olaraq blokada və humanitar böhran yoxdur
2-02-2023, 06:44
Almaniya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün 17 milyard avro ayırır
2-02-2023, 06:34
Qanunsuz heyvaQanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülübn kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
1-02-2023, 20:03
Azərbaycanla Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib
1-02-2023, 06:47
Satışa çıxarılan mənzilləri ilk bron edənlərə sms-bildirişlərin göndərilməsinə başlanılıb
Azərbaycanla Yaponiya arasında çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri müzakirə edilib
Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.
Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.
Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.
Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal və regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır