Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

11 Ekm 20:34Manşet / Hadisə

Vilayət Eyvazov sıra baxışı keçirdi

Vilayət Eyvazov sıra baxışı keçirdi

Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazir şəxsən onlayn qaydada müraciət etmiş hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub.

Sonda çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.