Xəbər Lenti
26 sen 11:25Gündəm / Sosial

Nazirlikdən hava durumu ilə bağlı XƏBƏRDARLIQ: Şimal zonasında yağış yağacaq, daşqın və sel ehtimalı var

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması və ən intensiv dövrün səhər saat 07:00-dək davam edəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.