Xəbər Lenti
Bugün, 08:00
Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı
Dün, 13:33
Şəfəq Ağacan- "Şikayət məktubu ",Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən-2-ci Hissə
26-03-2024, 15:04
Ölkəmizdə əcnəbi gənclərin iştirakı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi keçirilib
26-03-2024, 14:26
Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”
26-03-2024, 14:09
Əliyev-Putin danışıqları: Azərbaycan-Rusiya münasibətlərini pisləşdirmək istəyənlərə mənalı cavab - TƏHLİL
26-03-2024, 08:45
Körpə Hüseyn yardımsevər şəxslərin dəstəyinə möhtacdır: Müalicə üçün 600 manat lazımdır
23-03-2024, 09:35
Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib
Sentyabrın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) tərəfindən Balakən rayonunda yerli sakinlərlə görüş keçirilib.
“AzerGold” QSC-dən bildirilib ki, qurumun “Köhnəmədən” sahəsinin yaxınlığındakı Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak ediblər. Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə geniş məlumat verib. “AzerGold” QSC-nin ən irihəcmli layihələrindən biri olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineraloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. X.Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisəsinin işə salınmasının planlaşdırıldığını bildirib. Həmçinin “Filizçay” yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.
Görüşdə, həmçinin Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.
Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib. Bildirilib ki, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyələrini verib. Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.
Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcək.