Xəbər Lenti
14-06-2026, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 11:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
27 Eyl 06:00Hadisə
Şəkidə oğul ata və anasını bıçaqlamaqda şübhəli bilinir
Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






















































