Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

02 Ekm 14:13Hadisə

Ukraynanın əhalisi sürətlə azalır

Ukraynanın əhalisi sürətlə azalır

Ukraynanın əhalisi 23 milyon nəfərə düşüb.
Bu barədə ölkənin keçmiş baş naziri Nikolay Azarov məlumat verib.  
"Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynalı döyüşləri davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edirlər", - Azarov bildirib. 
Keçmiş baş nazir qeyd edib ki, Ukrayna hərbi komissarlarına insanları orduya cəlb etmək tapşırılıb. O bildirib ki, ekspertlər yaza qədər işə qəbul etməyi planlaşdırdıqları 500 minə qədər yeni “könüllü” gözləyirlər.
Eyni zamanda, Azarov xatırladıb ki, sentyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə çağırış şərtlərini sadələşdirib. İndi müxtəlif xəstəlikləri, o cümlədən İİV, hepatit və psixi pozğunluğu olan insanlar səfərbər oluna bilər. 
Bu arada, hələ iyunun əvvəlində Ukrayna Gələcək İnstitutunun analitik mərkəzi Ukrayna əhalisinin 29 milyon nəfərə qədər azaldığını və doğum səviyyəsinin əhalinin eyni səviyyədə saxlanılması üçün lazım olan nisbətin yarısına çatdığını bildirib.