“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Goranboyda əməliyyat - 19 nəfər saxlanıldı
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin sentyabr-oktyabr ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 18 nəfər saxlanılıb.
Həmin şəxslərdən 3-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və avtomobillərdən oğurluqlar edən 5, vətəndaşlara qarşı quldurluq edən 1, qanunsuz olaraq odlu silah saxlayan 4, xuliqanlıq edən və başqa cinayət əməlləri törədən 3 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.