Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

30 Ekm 08:33Hadisə

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanıldı

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanıldı

Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, qonşusu 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.
Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.